Məzmuna keç
Turan Hospital - Sağlamlığınızın etibarlı ünvanı!
Check-up paketləri 29 AZN-dən başlayır
300+ laborator test xidməti
Peşəkar həkim heyəti 24/7 xidmətinizdə
012 948 - Qəbula yazılın
Müasir diaqnostika və müalicə
Turan Hospital - Sağlamlığınızın etibarlı ünvanı!
Check-up paketləri 29 AZN-dən başlayır
300+ laborator test xidməti
Peşəkar həkim heyəti 24/7 xidmətinizdə
012 948 - Qəbula yazılın
Müasir diaqnostika və müalicə

İlham Məmmədov

Cərrah

İlham Məmmədov - Turan Hospital Həkim Profili

Bioqrafiya

ILHAM MƏMMƏDOV ÜMUMİ CƏRRAH, FLEBOLOQ

Dr . İlham Məmmədov – ümumi cərrah, fleboloq – Damar xəstəliklərinin müasir üsulla diaqnostikası və müalicəsi.

Azərbaycan və Beynəlxalq səviyyəli tibbi assosiasiyaların üzvü

Birinci və İkinci Qarabağ müharibəsi veteranı

DOKTOR İLHAM MƏMMƏDOVUN TƏHSİLİ:

Doktor İlham Məmmədov Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur.

İlham Məmmədov 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə – Prafilaktika fakultəsini fərqlənmə ilə bitirib.

İnternatura :

1996-1997-ci illərdə İlham Məmmədov 5-saylı şəhər Klinik Xəstəxanasının Qaraciyər və öd yollarının Cərrahiyyəs şöbəsində internaturada olub.

DR. İLHAM MƏMMƏDOVUN İŞTİRAK ETDİYİ TƏKMİLLƏDİRMƏ KURSLARI:

  • 1998-ci ildə Respublika Klinik Uroloji Xəstəxanasında Tam urologiya kursunu bitirib.
  • 2000-ci ildə 3-saylı Şəhər Klinik Xəstəxanasında ümumi cərrahiyyə kursunda olub.
  • 2004-ci ildə Cərrahi Uralogiya kursu – RKUX.
  • 2010-2012-ci illərdə İsveçrənin müxtəlif şəhərlərində ( Cenevrə,Lozan,Chur,İlans ) cərrahiyyə kursları
  • 2013-cü ildə İstanbul şəhərində Özəl Avisenna hastanesində Genel cərrahiyyə kursunda iştirak edib. .
  • 2014-cü ildə Ankara şəhərində Qazi Universitet hastanesi.Genel cerrahiyyə kursunda olub.
  • 2015-ci ildə İlham Məmmədov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İntitutunda Laparoskopik cərrahiyyə kursunda olub.

İlham Məmmədov daha sonrakı illərdə də müxtəlif ölkələrdə praktik təlimlərdə və elmi-praktik konfranslarda iştirak edib.

DR.İLHAM MƏMMƏDOVUN ƏMƏK FƏALİYYƏTİ:

  • 1993-1996-cı illərdə İlham Məmmədov 1 saylı Klinik Xəstəxananın Cərrahiyyə və Reanimasiya şöbələrində orta tibb işçisi işləyib.
  • 1998-2006-cı illərdə doktor İlham Məmmədov 1 saylı şəhər poliklinikasında həkim cərrah işləyib.
  • 2001-2003-cü illərdə 701 saylı hərbi hissəsində tibb məntəqə rəisi və 056 sayılı hərbi hospitalda həkim cərrah kimi fəaliyyət göstərib.
  • 2008-2009-cu illərdə Xəzər Klinikasında cərrah kimi peşəkar fəaliyyətini davam etdirib.
  • 2014-cü ildə dr.İlham Məmmədov Medisina klinikasının direktoru işləyib.

Hal-hazırda Turan klinikasında həkim cərrah işləyir.

Qeyd etməliyik ki, doktor İlham Məmmədov peşəkar həkim cərrah olmaqla yanaşı həm də alovlu vətənpərvər olaraq ölkənin taleyüklü məsələlərində hər zaman öz fəal vətəndaş mövqeyi ilə seçilir. O Birinci Qarabağ müharibəsinin veteranıdır. Həmçinin 2020-ci il 27 Sentyabrda başlayan 44 günlük 2-ci Qarabağ müharibəsində həkim kimi iştirak etmişdir. Cəbhədə ordumuzun qələbəsinə töhvə vermişdir. Yaralı əsgər və zabitlərimizə müharibənin ilk günlərindən sonadək fəal tibbi yardım göstərib.

Müharibədən sonrakı müddətdə də doktor İlham Məmmədov qazilərin müalicəsində köməklik göstərmişdir.

Doktor İlham Məmmədov paytaxt Bakı şəhərində xəstələrin müalicəsi ilə məşğul olmaqla yanaşı vaxtaşırı Azərbaycanın bölgələrində də bütün növ damar xəstəliklərindən əziyyət çəkən sakinlər üçün qəbullar həyata keçirir. Xəstəliklərin aşkarlanması, düzgün diaqnostik və müalicə işi aparır.

DR. İLHAM MƏMMƏDOVUN MÜALİCƏ ETDİYİ XƏSTƏLİKLƏR VƏ İCRA ETDİYİ PROSEDURLAR:

  • Cərrahi xəstəliklərin ən müasir metodlarla müayinəsi və müalicəsi. (Açıq və Laporoskopik əməliyyatlar)
  • Bütün növ damar xəstəliklərinin müasir üsulla diaqnostikası və müalicəsi:
  • Varikoz Doppler müayinəsi
  • Varikozun diaqnostikası və müalicəsi
  • Venaların Doppler müayinəsi
  • Skleroterapiya
  • Endovenoz lazer Ablasiya
  • Aşağı ətraflarda yaralar
  • Şəkərli diabet xəstələrində ayaqlarda rast gəlinən yaralar-
  • Diabetik ayaq
  • Diabetik pəncə
  • Trofiki xoraların müalicəsi

ÜZVÜ OLDUĞU QURUMLAR:

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvüdür

Qəbul Saatları və Əlaqə

İlham Məmmədov Turan Hospital-da peşəkar həkim xidməti göstərir. Görüş üçün əvvəlcədən qəbula yazılmaq tövsiyə olunur. Aşağıdakı əlaqə vasitələri ilə bizimlə əlaqə saxlayın.

Telefon

012 948

Əsas xətt

Mobil

099 370 05 24

WhatsApp mövcuddur

Qeyd: Təcili hallarda 24/7 xidmət göstəririk. Qəbula yazılmaq üçün əvvəlcədən zəng edib vaxt təyin edin.

Peşəkar məsləhət alın

Bir dəqiqə ərzində qeydiyyatı tamamlayın və peşəkar həkim məsləhəti alın.

TURAN HOSPITAL

Bazar ertəsi - Cümə : 09:00 - 18:00

Şənbə - Bazar : 09:00 - 14:00

Telefon : 012 948 / 099 370 05 24

Email : info@turanhospital.az

Ünvan :

Bakı ş., Xətai r-nu, Əhmədli qəsəbəsi, Sarayevo küç. 184