cover_img

Ginekologiya

Şöbə haqqında

"Turan Hospital" -ın Ginekologiya şöbəsində peşəkar mütəxəssislərimiz tərəfindən ginekoloji xəstəliklərin müalicəsi ilə yanaşı, hamiləlik önü və hamiləlik vaxtı müayinə və müşahidələr həyata keçirilməkdədir.

Xaricdə təhsil almış təcrübəli həkimlərimiz yüksək texnoloji tibbi avadanlıqlarla təchiz olunmuş şöbədə açıq və endoskopik cərrahiyyə, miomaların cərrahi və konservativ müalicə metodları, yumurtalıq şişlərinin endoskopik cərrahiyyəsi, polikistoz yumurtalıq sindromlarında müalicə, uşaqlıq və sidik kisəsi sallanmalarının müalicəsi, sidik qaçırma problemlərinin konservativ və cərrahi müalicəsi, kimi tibbi xidmətləri uğurla həyata keçirir.

 

 

Qohum evlilikləri və irsi xəstəliklər

 

  • Sonsuzluğun diaqnozu
  • İrsi xəstəliklər
  • Qohum evlilikləri
  • Qan uyğunsuzluğu
  • Talassemiya
  • Doun sindromu
  • Fenilketonuriya


Hamiləliyin təyini və təqibi

 

  • Döldə NT (fetal boyun qalınlığı) təyini
  • Üçlü test
  • Çox detallı ultrasəs müayinə
  • Hamiləlikdə şəkərli diabetin və qan uyğunsuzluğunun araşdırılması və profilaktikası
  • Hamiləlikdə qidalanma
  • Hamiləlikdə intim həyat


Hamiləlikdən qorunma yolları

 

  • Ailə planlaması haqqında fərdlərə məlumat
  • Qadın və kişi üçün qorunma yolları
  • Uşaqlıq daxili spiral
  • Oral kontraseptiv preparatların istifadə qaydaları
  • Qadınlarda uşaqlıq borularının endoskopik yolla bağlanması


Cinsi yolla yoluxan xəstəliklər

 

  • Xəstəliklər haqqında məlumat
  • Yoluxmada əsas faktorlar
  • Xəstəliklərin diaqnozu və müalicəsi
  • Xəstələrin müalicə olmadığı hallarda qarşılaşabiləcək problemlər və fəsadlar


Ginekoloji xəstəliklər, törəmələr və onların cərrahi müalicəsi

 

  • Açıq və endoskopik cərrahiyyə
  • Miomaların cərrahi və konservativ müalicə metodları
  • Yumurtalıq şişlərinin endoskopik cərrahiyyəsi
  • Polikistoz yumurtalıq sindromlarında müalicə
  • Uşaqlıq və sidik kisəsi sallanmalarının müalicəsi
  • Sidik tutabilmədə problemlərin konservativ və cərrahi müalicəsi